Hər hansı sualınız var? Bizə yazın.
info@xususitexnika.az
Hər hansı sualınız var? Bizə yazın.
info@xususitexnika.az
Haqqımızda
Haqqımızda

Xüsusi Texnika aviasiya, dəniz donanması və digər əlaqəli sahələrdə maşın və avadanlıqların təmin edilməsi üzrə ixtisaslaşmış şirkətdir. Bu şirkət həm ehtiyat hissələrinin satışı və quraşdırılması, həm də sözügedən sahələrdə bütün maşınlar üçün əsaslı təmir xidmətlərinin göstərilməsi ilə məşğul olur. Şirkətin həyata keçirdiyi layihələr şinlər, əyləclər və helikopterlər də daxil olmaqla fərqli hava gəmisi modellərinin mühərrikləri üzrə ticarət fəaliyyəti və eyni zamanda müxtəlif gəmilərin, tankerlərin və digər əlaqəli maşın hissələrinin əsaslı təmiri üzrə xidmət göstərilməsi kimi sahələri əhatə edir.

Digər növ xidmətlərə isə yerdən idarəetmə xidmətləri, eləcə də aviasiya və dəniz sahəsi üzrə İT texnologiyalarının təchizatı da daxildir. Şirkət 20 ildən çoxdur ki, müxtəlif ölkələrin hökumət təşkilatları və özəl şirkətləri ilə əməkdaşlıq edir.